Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb.
Bununla yanaşı, iddialara görə, məktəbdə attestat qiymətlərinin dəyişdirilməsi, yəni jurnalda yazılan qiymətlərlə sənəddə göstərilən qiymətlərin fərqli olması halları da var.
Məktəbin direktoru iddialarla bağlı Baku TV-yə açıqlamasında özünə bəraət qazandıraraq valideynlərin şikayətini əsaslı hesab etmədiyini bildirib.