EN

Şeyxin qızının klinikası borca düşüb: Rəhbərlik dəyişsə də, Vəfa Paşazadə hələ də baş həkimdir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Zəhra Clinic” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında vergi borcunun olduğu üzə çıxıb.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, “Zəhra Clinic” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3727.77 manat yığılmış vergi borcu mövcuddur.

Qeyd edək ki, klinika Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı Vəfa Paşazadə tərəfindən yaradılıb. Belə ki, “Zəhra Clinic” MMC 2017-ci ildə 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb və həmin vaxt qanuni təmsilçisi Vəfa Paşazadə olub. Sonradan isə - 2023-cü ildə o, MMC-nin qanuni təmsilçiliyindən çıxıb və bu vəzifəyə Fərid Hüseyn Fikrət oğlu gətirilib.

Buna baxmayaraq, ümumi cərrah, klinik psixoloq, sağlam qidalanma üzrə mütəxəssis Vəfa Paşazadə klinikaya rəhbərliyi davam etdirib, o, hazırda özəl tibb müəssisəsinin direktoru - baş həkimi vəzifəsindədir.

Məlumat üçün onu da bildirək ki, 2023-cü ildən klinikanın nizamnamə kapitalı da 200 min manat artırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
2
bizimyol.info

3Sources