“Barselona”nın müdafiəçisi Pau Kubarsi UEFA Çempionlar Liqasının “Nyukasl”la oyununda (2:1) 69-cu dəqiqədə narahatlıq səbəbi ilə əvəzlənib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun durumu ciddi deyil.
Matçdakı qələbəni Markus Reşfordun dublu təmin edib.
“Barselona” La Liqanın 5-ci turunda 21 sentyabrda “Xetafe” ilə üz-üzə gələcək.