EN

Bakıda pul, telefon və qızıl oğurlayanlar saxlanılıb

Nəsimi, Sabunçu və Suraxanı rayonlarında talama cinayətləri baş verib. Beş nəfər paytaxt sakini polisə müraciət edərək ümumilikdə 2905 manat, 640 manat dəyərində qızıl-zinət əşyası və mobil telefonunun oğurlandığını bildiriblər.

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib.
 
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 22 yaşlı K.Qurbanov, 23 yaşlı İ.Nuriyev, 31 yaşlı F.Quliyeva, 61 yaşlı Z.Bayramova və 74 yaşlı V.Quliyev saxlanılıblar. 
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Chosen
23
6
operativmedia.az

7Sources