EN

Bu gün Rusiya əleyhinə 19-cu sanksiya paketi təqdim ediləcək

BAKI, 19 sentyabr. TELEQRAF

Avropa Komissiyası (AK) Rusiya əleyhinə 19-cu sanksiya paketinin hazırlanmasını başa çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə AK-nın rəsmi nümayəndəsi Paula Pinyu bu gün Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, sanksiya paketi bu gün təqdim olunacaq: "AK sədri Ursula fon der Lyayen də bu gün növbəti sanksiya paketi ilə bağlı rəsmi açıqlama verəcək".

Chosen
18
2
teleqraf.com

3Sources