BAKI, 19 sentyabr. TELEQRAF
Avropa Komissiyası (AK) Rusiya əleyhinə 19-cu sanksiya paketinin hazırlanmasını başa çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə AK-nın rəsmi nümayəndəsi Paula Pinyu bu gün Brüsseldə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, sanksiya paketi bu gün təqdim olunacaq: "AK sədri Ursula fon der Lyayen də bu gün növbəti sanksiya paketi ilə bağlı rəsmi açıqlama verəcək".