EN

“Formula 1” pilotları Bakıda qutab bişirdilər

"Formula 1" Azərbaycan Qran-prisində 2025 çərçivəsində "Paddock" ərazisində yerləşən "Chill Zone"da maraqlı anlar yaşanıb.

Apasport.az xəbər verir ki, "Alpine" komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli, eləcə də "Red Bull"un pilotu Yuki Tsunoda Azərbaycan mətbəxinin sevilən təamlarından olan qutab hazırlayıblar.

Xüsusi məkanda təşkil olunan tədbirdə qonaqlar pilotların yeməyi dadmaqla yanaşı, onların bişirmə prosesini də izləyiblər. Kolapinto tapşırığa böyük ciddiyyətlə yanaşıb, qutabları diqqətlə hazırlayaraq nəticədən sonra sevincini gizlətməyib. Qasli isə yumorla fərqlənib – hazırladığı qutab ənənəvi formadan uzaq olsa da, zarafatla: “Kim deyib ki, qutab mütləq yumru olmalıdır?” – deyə bildirib.

Sonda pilotlar həmkarlarını və qonaqları hazırladıqları qutablarla qonaq ediblər. Argentinalı jurnalist Xuan Fossarolinin sözlərinə görə, sürücülərin təamı gözləniləndən də dadlı alınıb. Tədbirdən yayılan görüntülər isə qısa zamanda sosial şəbəkələrdə böyük maraq doğurub.

“Formula 2”: Sərbəst yürüşə start verilib

Formula 1 Azərbaycan Qran Prisi: Sürət həvəskarları Pit zolağı gəzintisində - FOTO

"Formula 1" pilotları və komandaları Bakı Şəhər Halqasında hazırlıqlara başlayıblar

Oskar Piastri: “Komandanın qərarlarına hörmət edirəm”

“Formula-1”: Azərbaycan Qran-prisinin marşalları iş başındadır

Chosen
30
13
apasport.az

10Sources