Çeçenistan rəhbəri Ramzan Kadırov səhhəti ilə bağlı mütəmadi olaraq yayılan məlumatlara münasibət bildirib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Kadırov bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, hər dəfə mediada və yaxud sosial şəbəkələrdə xəstə olması ilə bağlı məlumat yayıldıqda idman hərəkətləri edir:
“Hər dəfə kimsə səhhətimdə problem olduğunu dedikdə dərhal 50 dəfə “jim” edirəm”.
Xatırladaq ki, 48 yaşlı Kadırovun səhhətində problemin olması və onun müxtəlif xəstəliklərdən əziyyət çəkməsi barədə tez-tez məlumatlar yayılır. Çeçenistanın rəsmi nümayəndələri isə öz növbəsində bu xəbərləri təkzib ediblər. Ən son isə iyul ayında Kadırovun vəfat etməsi barədə şayiələr yayılmışdı.
"Cebheinfo.az"