EN

Puqaçovanın müəlliflik hüququndan qazandığı pul ləğv edilə bilər

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Rusiyada Alla Puqaçovanın mahnılarına görə aldığı 28 milyon rubl məbləğindəki müəlliflik hüquqları qonorarından məhrum edilməsi istənilir.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, vəkil Aleksandr Treşçovun Puqaçovaya qarşı qaldırdığı iddiada primadonnanın Rusiyada mahnılarına görə qonorar almağı qadağan etməkdə israrlıdır.

Müğənninin mahnılarından ölkə daxilində müxtəlif musiqi platformalarında istifadəsindən əldə etdiyi illik gəliri 28 milyon rubl təşkil edir. Bütün ödənişlər Rusiya Müəlliflər Cəmiyyəti vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, vəkil Aleksandr Treşçov Alla Puqaçovanın Yekaterina Qordeevaya (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) verdiyi son müsahibəsi zamanı ünvanına səsləndirdiyi bir sıra təhqiramiz ifadələrə görə ona qarşı məhkəmə prosesi başladıb. Vəkil 1,5 milyard rubl mənəvi təzminat tələb edib.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
azxeber.com

1Sources