EN

"Maklaren" pilotu ən yaxşı nəticə göstərib - "Formula-1"

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.

Day.Az xəbər verir ki, "Maklaren" pilotu Lando Norris ən yaxşı nəticə göstərib.

Onun komanda yoldaşı Oskar Piastri ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.

İkinci sərbəst yürüş bu gün, saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

xxx

13:43

"Formula-1" kateqoriyasında ilk sərbəst yürüş davam edir.

Day.Az xəbər verir ki, marşallar 16-cı döngədə kənar elementləri təmizlədikdən sonra qırmızı bayraqlar yaşıl bayraqlarla əvəz olunub və yürüş davam edib.

Sürücülərdən birinin porebriklərə aqressiv hücumu maşının elementlərinin qırılması ilə nəticələnib.

xxx

13:15

Day.Az xəbər verir ki, trasa kənar elementlər düşdüyü və sürücülərə təhlükə mənbəyi olduğu üçün sərbəst yürüş qırmızı bayraqla dayandırılıb.

Tras təmizləndikdən sonra yürüş davam edəcək.

xxx

12:39

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başlayıb.

Day.Az xəbər verir ki, mübarizəyə saat 12:30-da start verilib.

İkinci sərbəst yürüş saat 17:00-da olacaq.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Chosen
22
13
day.az

10Sources