EN

"Gənclərdəki aqressivlik psixoloji problem deyil" - Sosioloq

Son dövrlər gənc oğlan və qızlar bir-birlərinə qarşı çox aqressiv olur, yerli-yersiz bir birlərini ittiham edirlər.

Bəs bunun səbəbi nədir?

Suala sosioloq Sədaqət Əliyeva aydınlıq gətirib. News365.az-a açıqlamasında o deyib ki, gənc oğlan və qızların aqressiv olmasının müxtəlif səbəbləri var:

“Sosial həyatda bir çox hallarda gənclərin bir - birinə qarşı münasibətdə kobud davranışlarını müşahidə edirik. Bunun konkret olaraq psixoloji problem olduğunu düşünmürəm. Bu, əsasən sosial problemlərdən qaynaqlanır. Oğlanların bəzilərinin kriminal həyat tərzinin təbliğinə uymasının burada rolu var. Əsasən meyxana üsulundakı bəzi kriminal həyatı tərənnüm edən mahnılar, müxtəlif elementlər hətta orta məktəb şagirdi olan oğlan uşaqlarını özünə çəkir. Bu, boşluqdan yaranır. Maddi imkanlar idmana, musiqiyə, digər müsbət məşğuliyyətə imkan vermədikdə belə nüanslar ortaya çıxır. Valideynlərin davranışı, yaşamı da burada rol oynayır. Ola bilsin maddi çətinliklər, sosial problemlər valideynlərin özünü də aqressivləşdirir və bu hal ailədə gənclərə də sirayət edir. Həyat rejiminin pozulması, vaxtında işə, dərsə getməmək, vaxtında normal qidalanmamaq burada rol alır. Ən əsası isə telefon vasitəsi ilə müxtəlif sosial şəbəkələrdən istifadədir”.

Müsahibimiz hesab edir ki, uşaq vaxtı bəzi zərərli oyunların istifadəsi gənclərin həyatında aqressiv rol oynayır:

“Orta məktəblərdə tədrisin, təhsilin zəif olmasının da təsiri var. Birinci məktəb ailədirsə ikindi məktəb orta təhsil müəssisəsidir. Məktəbin psixoloqunun, tərbiyəçisinin fəaliyyəti qənaətbəxş olmalıdır. Şahidlər, tələbələr arasında təhsillə bərabər normal sisial münasibətlərin olması da əsas şərtdir. Bu cür sosial problemlər sonda psixoloji problemlərə də gətirib çıxara bilər. Ona görə həm valideynlər həm də müəllimlər gənclərin bir - biri ilə münasibətlərin inkişaf etdirilməsində doğru tərbiyə verməlidirlər”.

News365.az

Chosen
18
news365.az

1Sources