İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasında 50 qol vuran ən gənc ikinci futbolçu olub.
Rekord.az xəbər verir ki, o, bu uğura ötən gün qitənin ən nüfuzlu klub turnirində "Napoli" ilə qarşılaşmada (2:0) nail olub.
56-cı dəqiqədə komandasının ilk qoluna imza atan norveçli oyunçu 25 yaş 59 günlüyündə bunu bacarıb. Turnirdə 50 qola çatan ən gənc futbolçu isə Lionel Messidir - 24 yaş 284 gün.