EN

Pirşağı Xırdalan yolu bu tarixdə yekunlaşacaq

Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hazırda Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən layihənin 51 %-ni icra edilib. Bəs Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi nə zaman yekunlaşacaq?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, yolun tikintisinin növbəti il üçün tamamlanması planlaşdırılır.

Qeyd edək ki, uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
3
metbuat.az

4Sources