EN

Türkiyədə daha bir bələdiyyə başçısı saxlanıldı


Türkiyədə aralarında Yahşihan bələdiyyə başçısı Əhməd Sunqur da olmaqla 7 şübhəli Kırıkkaledə aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılıb.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, əməliyyat Kırıkkale Respublika Baş Prokurorluğunun koordinasiyasında Kırıkkale Polis İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilib.
Kırıkkale Polis İdarəsindən verilən məlumata görə, bu çərçivədə bələdiyyə sədri Əhməd Sunqur və daha 7 nəfər nəzarətə götürülüb.
Şübhəlilərlə bağlı polis idarəsindəki əməliyyatları davam etdirilir.
Chosen
16
1
yeniavaz.com

2Sources