EN

Sənin də vaxtın çatacaq - Katz hədələdi

İsrailin müdafiə naziri İsrail Katz Yəmənin Ənsarullah Hərəkatının liderini ölümlə təhdid edib.

Turkustan.az xəbər verir ki, nazir bu barədə X hesabında paylaşıb.

“Əbdülməlik əl-Husi, sənin də vaxtın çatacaq. Sən cəhənnəmin dərinliyində gözləyən hökumət nümayəndələrinlə və “Şər oxu”nun digər başqa üzvləri ilə görüşməyə göndəriləcəksən. Husilərin bayrağında olan “İsrailə ölüm, yəhudilərə lənət” şüarı İsrailin göy-ağ bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”, - Katz qeyd edib./axar.az/

Chosen
14
8
turkustan.az

10Sources