EN

“Taliban”dan qadın müəlliflərin kitablarına qadağa

“Taliban” rəhbərliyi Əfqanıstandakı universitetlərdə tədris proqramını yenidən formalaşdırıb.

"Cebheinfo.az" xəbər verir ki, qəbul edilən qərara əsasən, qadın yazıçıların qələmə aldığı bütün əsərlər təhsil proqramından çıxarılıb. 

Rəsmilər “şəriətə və “Taliban” siyasətinə zidd olduğu” səbəbilə ümumilikdə 680 kitabın qadağan edildiyini bildiriblər. Bu kitabların arasında təxminən 140 qadın yazıçıya aid əsər də yer alır.

Qadağan edilənlər arasında “Kimya laboratoriyasında təhlükəsizlik” kimi elmi xarakterli kitablar da var.

Bundan əlavə, 18 fənnin tədrisi dayandırılıb. Bu fənlərdən altısının birbaşa qadınlarla bağlı olduğu, “Gender və inkişaf”, “Kommunikasiyada qadının rolu” və “Qadın sosiologiyası” kimi başlıqların da bu fənlər arasında olduğu qeyd edilib.

“Taliban” uzun müddətdir qadınların və qız uşaqlarının altıncı sinifdən sonra təhsil almasını əngəlləyir.2024-cü ilin sonunda qadınların davam edə bildiyi son sahələrdən biri olan mamaçalıq kursları da bağlanmışdı.

Chosen
27
cebheinfo.az

1Sources