EN

Hazırda quru sərhədlərinin bağlı qalması məqsədəuyğundur” Deputat

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Quru sərhədləri ilə bağlı hər üç aydan bir qərar verilir və artıq uzun müddətdir ki, quru sərhədləri bağlıdır. Hər dəfə müddət bitənə yaxın bu məsələ növbəti dəfə gündəmə gəlir. Təbii ki, quru sərhədlərinin bağlı qalması müəyyən problemlər yaratmaqdadır, amma istənilən halda dövlət təhlükəsizliyi məsələləri hər şeydən öndədir”.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, quru sərhədlərinin bağlı qalmasını vacib edən amillər aradan qaldırılmayıb:“Hazırkı dönəmdə xüsusən xarici təhdidlər var. Ona görə hesab etmirəm ki, 1 oktyabrda sərhədlər açılsın. Yəqin ki, sərhədlərin bağlı qalması müddəti uzadılacaq. Nə qədər ki, mövcud təhdidlər aradan qalxmayıb, quru sərhədlərinin bağlı qalması doğrudur”.Cavidan Mirzəzadə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
1
demokrat.az

2Sources