EN

Güclü leysan, qar və külək Sabahın havası

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 19-dan 20-nə keçən gecə və səhər yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-18, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 20-25, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
48
lent.az

10Sources