EN

İsrailin müdafiə naziri Yəmən husilərinin liderini ölümlə hədələyib

İsrailin müdafiə naziri İsrael Katz Yəmənin Ənsarullah Hərəkatının liderini ölümlə təhdid edib.

APA xəbər verir ki, nazir Əbdülməlik əl-Husinin öldürüləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Əbdülməlik əl-Husi, sənin də vaxtın çatacaq. Səni cəhənnəmin dərinliyində gözləyən hökumət nümayəndələrinlə və “Şər oxu”nun digər başqa üzvləri ilə görüşməyə göndəriləcəksən. Husilərin bayrağında olan “İsrailə ölüm, yəhudilərə lənət” şüarı İsrailin göy-ağ bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”, - Katz “X” hesabında qeyd edib.

Chosen
27
8
apa.az

10Sources