EN

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı ilə bağlı qətnaməsinə veto qoyub

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada dərhal və daimi atəşkəs tələb edən qətnaməsinə növbəti dəfə veto qoyub.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qətnamədə həmçinin İsrailin humanitar yardıma qoyduğu məhdudiyyətlərin aradan qaldırılması və yardımın bütün ehtiyacı olanlara təhlükəsiz və maneəsiz paylanması çağırışı da edilib.

Qətnamə layihəsini Şuranın 10 qeyri-daimi üzvü: Əlcəzair, Danimarka, Yunanıstan, Qayana, Pakistan, Panama, Koreya Respublikası, Syerra-Leone, Sloveniya və Somali təqdim edib.

Chosen
32
13
operativmedia.az

10Sources