EN

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün qeyd olunması xüsusi əhəmiyyətə malikdir

Səyyad Mirzəyev,

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən isə hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur. işğaldan azad olunmuş ərazilərdə bu gün quruculuq, abadlıq və yenidənqurma işləri həyata keçirilməkdədir. Prezident İlham Əliyev mütəmadi olaraq bu yerləri ziyarət edir, gedən işlərlə yerindəcə tanış olur, əlavə tapşırıq və tövsiyələrini bildirir. Məhz, Prezident İlham Əliyevin təşəbbüslərinin və fəaliyyətinin nəticəsidir ki, bu gün Xankəndi qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib.Xankəndi və digər ərazilər eyni zamanda sənaye infrastrukturunun qurulması, xüsusilə də dost dövlətlərin sərmayə yatırması ilə daha da canlanır. Elə Xankəndidə Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti bunun bariz nümunəsidir. Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.Ölkə başçısının 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilməyə başlanıldı və bu il bu əlamətdar günlər ikinci dəfə geniş şəkildə qeyd ediləcəkdir. Fəxr etməyə dəyər. Artıq xalqımız torpaqlarımızın azad edildikləri tarixləri qeyd edir.

2Sources