EN

Böyükşor-Balaxanı yolunda işıq dirəkləri var, amma...

Bakı şəhərində Böyükşor-Balaxanı yolu boyunca quraşdırılmış işıq dirəkləri olmasına baxmayaraq, onların işıqları yanmır.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, bu vəziyyət axşam saatlarında yolun təhlükəli olmasına səbəb olur.

Sakinlərin sözlərinə görə, xüsusilə qaranlıq düşəndən sonra bu ərazidə hərəkət etmək çətinləşir: "Dirəklər var, amma heç biri işləmir. Yol qaranlıqdır, nə maşınlar, nə də piyadalar bir-birini düzgün görə bilir."

Sözügedən kadrları təqdim edirik:

Chosen
19
1
far.az

2Sources