EN

Haaland Messidən bu rekordu ala bilmədi

Çempionlar Liqasının əsas raundunun ilk tur oyununda "Mançester Siti" doğma meydanda "Napoli"yə 2:0 hesabı ilə qalib gəlib. SİA xəbər verir ki, "şəhərlilər"in heyətində fərqlənən Erlinq Haaland olub. Norveçli hücumçu üçün bu, turnirdə vurduğu 50-ci qol olub. Matç vaxtı onun 25 yaş 59 günü tamam olub. Beləliklə, o, turnirdə 50 qol həddinə çatan ikinci ən gənc futbolçu olub. Bu göstəriciyə daha erkən yaşda yalnız Lionel Messi nail olub (24 yaş 284 gün).

Chosen
27
3
sia.az

4Sources