EN

Türkiyədə meşələr yanır

Türkiyənin Aydın, Antalya və Muğla vilayətlərinin müxtəlif bölgələrində meşə yanğınları qeydə alınıb.

Alova müdaxilə üçün bölgəyə ümumilikdə 14 təyyarə, 20 helikopter, 153 yanğınsöndürən maşın, 14 iş texnikası və 815 nəfərdən ibarət canlı qüvvə cəlb edilib.

Bəzi yerlərdə yanğın nəzarət altına alınsa da, Antalya və Muğlada əsən güclü küləyin təsiri ilə alov yaşayış yerlərinə yaxınlaşıb, bəzi sakinlər təxliyə olunub.

Yanğınlarla mübarizə davam edir.

Chosen
32
2
veteninfo.az

4Sources