EN

"Qarabağda Yeni Dövrün Başlanğıcı: 20 Sentyabrın Tarixi Yükü"



2023-cü ilin 20 sentyabrı Azərbaycan tarixinə sadəcə hərbi əməliyyatın tamamlanması kimi deyil, milli suverenliyin tam bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və bölgədə yeni bir dövrün başlanğıcı kimi daxil oldu. Uzun illər işğal və qeyri-qanuni rejimlərin təsiri altında qalan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri həmin gün etibarilə Azərbaycan dövlətinin tam nəzarətinə keçdi. Bu, təkcə ərazi deyil, mənəvi, siyasi və strateji qələbə idi. Uzun müddət münaqişələrin girdabında qalan bu torpaqlarda indi sülhün, quruculuğun və inkişafın səsi eşidilir. Fiziki dağıntılarla yanaşı, sosial və mədəni baxımdan da dərin zərbələr almış bölgə, 2023-cü ilin payızından etibarən dirçəliş mərhələsinə qədəm qoydu. Xankəndidə 8 noyabr 2023-cü il tarixində keçirilən hərbi parad, bu dönüşün simvoluna çevrildi. Bu parad yalnız hərbi güc nümayişi deyildi — bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin, siyasi iradəsinin və bölgədə sülhə verdiyi önəmin bariz ifadəsi idi. Azərbaycan bayrağının Xankəndidə dalğalanması təkcə şəhərin deyil, bütöv bir regionun yeni taleyinin rəmzinə çevrildi. Qələbədən sonra görülən işlər, dövlətin bölgəyə münasibətinin sadəcə müvəqqəti deyil, uzunmüddətli və sistemli olduğunu göstərir. Qarabağ Universitetinin yaradılması bunun bariz sübutudur. Bu ali təhsil müəssisəsi, yalnız gənclərin təhsil alacağı bir məkan deyil, eyni zamanda Qarabağın elmi, intellektual və texnoloji inkişafının təməl daşıdır. Eyni zamanda Hadrut, Qırmızı Bazar, Azıx və digər ərazilərdə həyata keçirilən layihələr – yeni məktəblər, sosial obyektlər, enerji infrastrukturu və mədəni irsin bərpası – bölgənin kompleks şəkildə yenidən qurulduğunu sübut edir. Bu, sadəcə fiziki quruculuq deyil, mənəvi və mədəni dirçəlişin də göstəricisidir. Prezident İlham Əliyevin azad olunmuş torpaqlara mütəmadi səfərləri, xüsusilə Xocavənd və ətraf kəndlərdə apardığı baxışlar, dövlətin bu bölgəyə verdiyi əhəmiyyəti açıq şəkildə ortaya qoyur. Azıx mağarası, alban məbədləri və digər tarixi abidələrin qorunması istiqamətində atılan addımlar, Azərbaycanın mədəni irsə sadiqliyinin göstəricisidir. Bu gün Qarabağda ucaldılan məktəblər, salınan yollar, təmir olunan dini abidələr və yenidən canlanan kəndlər – Azərbaycanın həm keçmişə hörmətini, həm də gələcəyə inamını əks etdirir. Köç prosesinin başlanması, sosial və iqtisadi layihələrin genişləndirilməsi bölgənin həyatına yeni nəfəs gətirir. Artıq 20 sentyabr bir təqvim tarixi olmaqdan çıxıb. Bu gün – Azərbaycanın milli birliyi, dövlət iradəsi və strateji vizyonu ilə yazdığı yeni dövrün başlanğıcıdır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə — bu adlar bu gün azərbaycançılığın, yenidənqurmanın və milli ruhun simvoluna çevrilib.

Zəravənd Quliyev
YAP Laçın rayon təşkilatının 44 sayı ƏPT- nin sədri



Chosen
5
aia.az

1Sources