EN

Tarixdə ilk: ABŞ Senatına Fələstinin tanınması ilə bağlı qətnamə təqdim edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də bir qrup senator-demokrat ölkə tarixində ilk dəfə Konqresin Yuxarı Palatasına Fələstinin tanınması ilə bağlı qətnamə təqdim edib.
Oxu.Az bu barədə "İzvesiya"ya istinadla xəbər verir.
Qətnamə Oreqon ştatından senator Ceff Merkli tərəfindən irəli sürülüb.
"Biz prezidentə müraciət edirik ki, beynəlxalq hüquqa və "iki dövlətli həll" prinsipinə uyğun olaraq hərbiləşdirilməmiş Fələstin dövlətini tanısın", - sənəddə qeyd olunur.
Sənədə Merilenddən Kris Van Hollen, Virciniyadan Tim Keyn, Vermontdan Berni Sanders və Piter Uelç, Minnesotadan Tina Smit, Viskonsindən Temmi Bolduin və Havay adalarından Meyzi Hirono da dəstək veriblər.
Merkli açıqlamasında bildirib ki, Fələstinin tanınması ABŞ-nin ata biləcəyi praktik addımdır və bu, gələcəkdə fələstinlilərin və israillilərin azadlıq, təhlükəsizlik və ləyaqət şəraitində yaşamasına zəmin yaradacaq.
Chosen
23
1
oxu.az

2Sources