EN

Çempionlar Liqası: “Barselona” PSJ oyunu “Kamp Nou” stadionunda keçirilməyəcək

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 sentyabr, AZƏRTAC

İspaniyanın “Barselona” klubunun UEFA Çempionlar Liqasının II turunda Fransanın PSJ klubuna qarşı keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.

AZƏRTAC Kataloniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşma Barselona şəhərindəki “Olimpik Lyuis Kompanis” arenasında təşkil olunacaq.

Matçın “Barselona”nın əsas stadionu olan “Kamp Nou”da keçirilməməsinin səbəbi təmirə bağlanan arenanın açılması üçün lazımi inzibati icazələrin hələ də alınmamasıdır.

Qeyd edək ki, “Barselona” – PSJ görüşü oktyabrın 1-də reallaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
4
azertag.az

5Sources