EN

Azərbaycanda bu şəxslərə 2 600 manat veriləcək



Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər 2600 (iki min altı yüz) manat məbləğində birdəfəlik müavinət alacaqlar.

aia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.

Belə ki, Qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 359 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq 2600 (iki min altı yüz) manat məbləğində birdəfəlik müavinətlə təmin ediləcəklər.

aia.az



Chosen
4
49
aia.az

10Sources