EN

İsrail məsələsində ABŞ ın müstəqil siyasət yürütmək məhdudiyyəti var

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-İsrail münasibətləri dünyada bənzəri olmayan müttəfiqlik çərçivəsində davam edir. İsrailin, Qəzzada etdikləri heç bir beynəlxalq hüquqa sığmır və daha 7 ölkənin suveren dövlət hüquqlarına təcavüz edərək həyata kecirdiyi hərbi əməliyyatlar, heç şübhəsiz ki ona ABŞ tərəfindən verilən dırnaqarası imtiyaz kimi başa düşülür.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Çingiz Şahbazi deyib.

"ABŞ dünyada hərbi potensialına görə öndə gələn ölkədir. ABŞ-ın bu potensialından daha çox İsrail istifadə edir, desək yanılmarıq. ABŞ-İsrail müttəfiqliyində qeyd etdiyim kimi bu kimi hallar istər siyasi, istər iqtisadi, istərsə də digər məsələlərdə öz əksini tapır. Hazırkı İsrail hökumətinin yürütdüyü siyasətin, daha doğrusu, həyata keçirilən bütün cinayətlərin, beynəlxalq hüquqa zidd davranışların arxasında, İsrailin ABŞ-dan, siyasi və hərbi sahədə aldığı güc və cəsarətin olduğu heç kimdə artıq şübhə doğurmur. Bu baxımdan ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasət dünyada, xüsusilə də Avropa ittifaqı ölkələrində son vaxtlar haqlı narazılıqlara səbəb olub" - deyib politoloq.

O, qeyd edib ki, hətta, ABŞ-da belə İsrailə verilən siyasi və hərbi dəstəkdən dolayı ölkə siyasiləri iki hissəyə bölünüblər: "ABŞ, öz dövlətçilik tarixində heç vaxt bu qədər çətin vəziyyətə düşməmişdir. Əslində baş verənləri, ABŞ-İsrail münasibətlərindəki müttəfiqliyə tam şəkildə bağlamaq da düzgün deyil. Burda qlobal və regional güclərin də marağı əsas rol oynayır və onlar bunu Avropa enerji marşrutlarının təhlükəsizliyi ilə əlaqələndirirlər və Yaxın Şərqdə terror qrupları ilə mübarizədə, ABŞ-İsrail münasibətlərinin vazkeçilməz olduğunu sübut etməklə,əlaqələndirməyə çalışırlar. Bu baxımdan ABŞ-İsrail yaxınlığını Avropa olkələri də dövlət siyasətində dəstəkləmək məcburiyyətində qalırlar və onlar bunu Yaxın Şərqdə və hətta öz ölkələrinin təhlükəsizlik maraqlarına uyğun olmaları ilə əlaqələndirirlər. Türkiyə hökumətinin, İsrailin Yaxın Şərqdə əsdirdiyi firtınanın fonunda haqlı etirazını əslində dunyada anlayanlar çoxdur. İsrail məsələsində ABŞ-ın müstəqil siyasət yürütmək məhdudiyyəti var və bu siyasət ABŞ adına qlobal güclərin əlində olduğu açıq görünməkdədir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Amerikanın daxili siyasəti ilə bağlı dedikləri də, məhz dövlət siyasətində baş verən siyasi inhisarçılıqla bağlı, bu güclərə eyham edib" .

Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
1
icma.az

2Sources