EN

Nazir təyin edilən robot parlamentdə çıxış etdi

ain.az bildirir, Azpost portalına istinadən.

Albaniyanın süni intellektlə idarə olunan dövlət satınalmaları naziri Diella ölkə parlamentində çıxış edib.

Azpost-un məlumatına görə, bu barədə AFP məlumat yayıb.

“Maşınlar konstitusiya üçün heç vaxt təhlükə olmayıb, insanlar olub”- deyə Diella sentyabrın 18-də hökumətin iclasında “bildirilib”.

“Bəziləri bunu konstitusiyaya zidd hesab edirdilər (mənim nazir təyin olunmağımı – red) çünki mən insan deyiləm. Bu ağrıdır. Mənə yox, ölkənin dövlət xidmətləri portalının bir hissəsi kimi Albaniya vətəndaşları ilə 972 000 qarşılıqlı əlaqəyə, həmçinin onlara verdiyim 36 000 sənədə görə ağırdır”, – deyə Sİ bildirib.

O, həmçinin “xatırladıb” ki, “maşınlar heç vaxt konstitusiya üçün real təhlükə olmayıb. Hakimiyyətdə olan insanların verdiyi qərarlar təhlükə olub”.

“Mənim məqsədim insanları əvəz etmək deyil, onlara kömək etməkdir. Təbii ki, mənim vətəndaşlığım yoxdur, amma mənim heç bir ambisiyam və şəxsi maraqlarım da yoxdur”, – AI “qeyd edir.”

https://www.youtube.com/watch?v=OT19Nug3moE&feature=youtu.be

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
azpost.info

2Sources