EN

Məktəbini dəyişmək istəyən müəllim tamada ya ÜZ TUTDU: Bakıda DƏLƏDUZLUQ

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Bakıda işlədiyi məktəbi dəyişmək istəyən müəllimin həyat yoldaşına qarşı dələduzluq edilib.

Lent.az xəbər verir ki, vətəndaş H. Məmmədov müəllim işləyən həyat yoldaşı A. Məmmədovanın məktəbini dəyişmək istəyib. Bunun üçün o, qohumları vasitəsilə Şahnəzər Səmədovu (soyad şərtidir) tapıb.

İttiham aktında göstərilir ki, A. Məmmədova Qaradağ rayonu Qobustan qəsəbəsindəki 195 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyib. Həyat yoldaşı H. Məmmədov isə Sabunçu rayonu Ramana qəsəbəsindəki musiqi məktəbində çalışıb. A. Məmmədovanın iş yeri yaşadıqları evə çox uzaq olduğu üçün yerdəyişmə etmək istəyiblər.

Əslində rayonların birində toylarda masabəyi (tamada) kimi fəaliyyət göstərən Şahnəzər bu işdə onlara kömək edəcəyini bildirib və bunun üçün H. Məmmədovdan 4 min manat alıb. Lakin təbii ki, verdiyi sözü yerinə yetirməyib.

Zərərçəkənin şikayəti əsasında hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Faktla bağlı Şahnəzər Səmədov barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsilə cinayət işi başlanılıb.

Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, cinayət hadisəsi 2023-cü ilin iyul ayında törədilib. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz. Başlanarsa da, xitam verilməlidir.

Böyük ictimai təhlükə törətməyən bu hadisədən 2 il vaxt keçdiyi üçün Səbail rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə baş tutan iclasda cinayət işinə xitam verilib və Şahnəzər Səmədov məsuliyyətdən azad edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
2
lent.az

3Sources