EN

Gələcəyin zövqlü və yaradıcı fərdləri məktəbdə yetişir

Şagirdin estetik zövqünün formalaşmasında məktəbin və müəllimin rolu böyükdür.

Məktəb təkcə elm ocağı deyil, həm də şəxsiyyətin formalaşdığı məkandır. Burada verilən tərbiyə, davranış nümunələri və estetik dəyərlər şagirdin gələcək dünyagörüşünü və zövqünü müəyyən edir. Xüsusilə də müəllim və məktəb mühiti bu prosesdə aparıcı rol oynayır. Məktəb  estetik mədəniyyətin beşiyidir. Məktəbin ümumi atmosferi – səliqəli sinif otaqları, divar panoları, rəngarəng sərgilər və məktəbdaxili tədbirlərin təşkili – şagirdlərdə estetik duyumun formalaşmasına kömək edir. Gözəlliklə təmasda olan uşaq daha yaradıcı düşünür, ətrafındakı dünyaya qarşı diqqətli və zövqlü olur. Unutmamalıyıq ki, müəllim həmdə estetik zövqün tərbiyəçisidir.
Hər bir müəllim öz davranışı, geyimi, danışıq tərzi və dərs metodu ilə şagirdlər üçün nümunəyə çevrilir. Estetik zövq yalnız incəsənət dərslərində deyil, bütün fənlərdə aşılanmalıdır. Riyaziyyatda simmetriya, biologiyada təbiətin harmoniyası, ədəbiyyatda isə bədii sözün gücü bu məqsədə xidmət edir. Ən əsası, müəllim şagirdlərə gözəlliyi görməyi və qiymətləndirməyi öyrətməlidir. Estetik tərbiyə alan şagirdlər gələcəkdə cəmiyyətin zövqlü, yaradıcı və mədəni fərdlərinə çevrilir. Bu baxımdan müəllim və məktəb, yalnız tədris prosesini deyil, həm də daxili aləmin formalaşmasını hədəfləməlidirlər.

Yekun olaraq qeyd etmək istərdim ki, estetik zövq təsadüfi yaranmır o, tərbiyə olunur. Və bu tərbiyədə məktəb və müəllimin rolu əvəzolunmazdır.Unutmamalıyıq ki, cəmiyyətin zövqlü gələcəyi bu gün məktəb partası arxasında başlayır.

Bakı şəhəri 295 nömrəli tam orta məktəbin direktoru 
Dilarə Cəbrayılova

Chosen
5
azedu.az

1Sources