EN

"Gənclər suverenliyi anladıqca vətəndaş məsuliyyəti artır" – QHT sədri

“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova QHT.az-a açıqlamasında dövlət suverenliyinin gənclərə izahının əhəmiyyətini vurğulayıb.

QHT sədri bildirib ki, dövlət suverenliyi bir xalqın müstəqil yaşamaq və öz taleyini sərbəst şəkildə müəyyənləşdirmək haqqıdır:

“Bu anlayış yalnız siyasi və hüquqi deyil, həm də mənəvi dəyərdir. Maarifləndirmə işləri gənc nəsildə bu dəyərin mahiyyətini anlamağa kömək edir. Gənclər suverenlik uğrunda aparılan mübarizəni, itkiləri və qazanılan nailiyyətləri öyrəndikcə, dövlətçiliyin qorunmasının vacibliyini dərk edirlər”.

O, həmçinin qeyd edib ki, maarifləndirmə yalnız nəzəri məlumat verməklə kifayətlənmir, eyni zamanda fəaliyyətə sövq edir:

“Könüllülük, sosial layihələr və vətənpərvərlik yönümlü aksiyalarda iştirak gənclərin vətəndaş mövqeyini möhkəmləndirir və onlarda dövlətə qarşı məsuliyyət hissini artırır”.

Tükəzban Süleymanova gənclərin dövlət suverenliyini başa düşməsinin və fəal vətəndaş mövqeyi formalaşdırmasının cəmiyyət üçün əhəmiyyətli olduğunu vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Chosen
48
qht.az

1Sources