EN

“Konvensiyalar və qadın hüquqları Azərbaycanın inkişafında vacib rol oynayır” - Hicran Hüseynova

“Mövzumuzun əhəmiyyəti təkcə bu gün üçün deyil, gələcək nəticələr və xüsusilə əhalimizin rifahı üçün də böyükdür. Orada iştirak edən mütəxəssislərin və Konstitusiyaların hazırlanmasında iştirak edən şəxslərin böyük töhfəsi olub. Bu səbəbdən hər bir çıxışda qeyd edilən məsələlər son dərəcə vacibdir. 1995-ci ildə qəbul olunan Konstitusiyalar zamanı Ulu Öndərimiz qadınlara qarşı diskriminasiyanın qarşısının alınması məqsədilə SİDO konvensiyasına xüsusi diqqət yetirmişdir. Bu, böyük məsuliyyət tələb edən bir iş idi. Hər 4-5 ildən bir konvensiya ilə bağlı aparılan dəyişikliklər və Azərbaycan həqiqətlərinin beynəlxalq platformalara çatdırılması üçün mühüm addımlar atılmışdır. Bu tədbirlər gender məsələlərinin, qadın və kişilərin eyni hüquqlarının təmin olunmasında öz əksini tapmışdır”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda səsləndirib.

Deputat qeyd edib ki, son illərdə əldə olunan uğurlar və gələcək perspektivlər ölkəmizin inkişafında əhəmiyyətli rol oynayır: “Son 5 ilin tarixi Azərbaycan üçün zəngin nailiyyətlər dövrü olub. Hər gün yeni uğurlar qazanılır və bu proses davamlı olaraq gələcək nəsillərə böyük töhfə verir”.

Chosen
60
1
sia.az

2Sources