EN

Bu süni intellekt modeli xəstəlikləri öncədən aşkarlaya biləcək

Alimlər minlərlə xəstəliyi illər öncədən proqnozlaşdıra bilən süni intellekt hazırlayıb.

Far.Az xəbər verir ki, Avropalı tədqiqatçılar bir insanın tibbi tarixçəsinə əsaslanaraq 1000-dən çox xəstəliyin riskini illər öncədən müəyyən edə bilən Delphi-2M adlı süni intellekt modeli hazırlayıb.

Nature jurnalında dərc edilən araşdırmaya görə, model Böyük Britaniyanın yarım milyon nəfərlik UK Biobank məlumat bazasında öyrədilib. Sistem "transformer" alqoritmi ilə işləyir və xəstəliklərin hansı ardıcıllıqla yarandığını öyrənir.

Mütəxəssislər bildiriblər ki, model xüsusilə ürək-damar xəstəliklərində yüksək dəqiqliklə risk səviyyəsini müəyyən edə bilir. Bununla belə, alimlər hələ klinik istifadəyə hazır olmadığını vurğulayır.

Ekspertlərə görə, gələcəkdə bu cür texnologiyalar xəstələrin daha yaxından izlənilməsinə, erkən müdaxiləyə və səhiyyə sistemlərində resursların optimallaşdırılmasına imkan yaradacaq.

Chosen
20
far.az

1Sources