“Ukraynaya qarşı davam edən hücumlar Rusiya Prezidenti Vladimir Putinin sülhdə maraqlı olmadığını nümayiş etdirir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla birgə mətbuat konfransında deyib. Danışıqlar Trampın cümə axşamı axşam başa çatan Böyük Britaniyaya dövlət səfəri zamanı baş tutub.
Starmer deyib:
"Son günlər Putin işğaldan sonra ən böyük hücumu təşkil edərək, daha çox qan tökülməsi, daha çox günahsız insan itkisi və NATO hava məkanının görünməmiş şəkildə pozulması ilə özünün əsl üzünü göstərdi. Bunlar sülh istəyən bir insanın hərəkətləri deyil".
Baş nazir bildirib ki, o, Trampla “Putini sülh razılaşmasına nail olmağa məcbur etmək üçün ona təzyiqi necə artırmağı” müzakirə ediblər.
Trampın isə deyib ki, o, dayandırmağa çalışdığı müharibələr arasında Vladimir Putinlə münasibətləri sayəsində Ukraynadakı silahlı münaqişənin həllinin “ən asan” olacağına inanır. "Ancaq o, məni ruhdan saldı. O, həqiqətən də məni ruhdan saldı", - Tramp təkrarladı.
ABŞ Prezidenti bəzi ölkələrin Rusiyanın Ukraynaya qarşı təcavüzünü faktiki olaraq maliyyələşdirərək Rusiya neftini almaqda davam etməsindən də narazılığını bildirib. "Neftin qiyməti düşərsə, Putinin müharibəni dayandırmaqdan başqa yolu qalmayacaq", - Tramp vurğulayıb.
ABŞ Prezidenti jurnalistlərin Putinə təzyiq etmək üçün konkret olaraq nə etməyi planlaşdırdığı ilə bağlı suallarına birbaşa cavab verməyib:
"Ümid edirəm ki, tezliklə sizin üçün yaxşı xəbərlərimiz olacaq".