EN

Kadırovdan xəstəliyi ilə bağlı xəbərlərə REAKSİYA

Modern.az saytına istinadən ain.az xəbər verir.

Çeçenistan rəhbəri Ramzan Kadırov sağlamlığı ilə bağlı yayılan şayiələrə cavab verib.

Modern.az-ın məlumatına görə, o, "RİA Novosti"yə müsahibəsində bildirib ki, barəsində yayılan “müalicəsi olmayan xəstəlik” iddialarına hər dəfə fiziki hərəkətlə cavab verir.

“Mənə deyəndə ki, sağlamlığımda nəsə problem var, dərhal 50 dəfə "jim" edirəm”, - deyə Kadırov qeyd edib.

Çeçenistan rəhbəri vurğulayıb ki, bu, həm tənqidçilərə, həm də ictimaiyyəti çaşdırmaq istəyənlərə cavabdır.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Kadırov birbaşa efirdən sonra canlı yayımda 35 dəfə "jim" hərəkəti edib. Onun xəstəliyi və hətta ölümü ilə bağlı xəbərlər dəfələrlə mətbuatda və sosial şəbəkələrdə yayılıb.

Kadırov bildirib ki, belə iddiaları ciddi qəbul etmir və ictimaiyyət qarşısında sağlamlığının yaxşı olduğunu nümayiş etdirməyi üstün tutur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
3
modern.az

4Sources