EN

“Maarifçi” proqramının iştirakçıları STEAM İnnovasiya Mərkəzində olublar

“Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları STEAM İnnovasiya Mərkəzini ziyarət ediblər.

TƏHSİL.BİZ  xəbər verir ki, ziyarət çərçivəsində gənclər mərkəzdə təqdim olunan müxtəlif texnologiyalarla, xüsusilə də robot texnologiyaları və optik illuziya avadanlıqları ilə yaxından tanış olublar. Proqram iştirakçılarına STEAM istiqamətində həyata keçirilən innovativ layihələr, yeni metodlar və tətbiq olunan müasir texnologiyalar barədə ətraflı məlumat verilib.

Təcrübəçilərə həmçinin mərkəzin fəaliyyət prinsipləri, yaradıcı yanaşmaların öyrənilməsi və tətbiqi istiqamətində görülən işlər barədə də məlumat çatdırılıb. Onlar interaktiv mühitdə müasir tədris alətlərinin imkanlarını müşahidə edərək, praktiki şəkildə texnologiyalardan istifadə təcrübəsi qazanıblar.

Səfərin əsas məqsədi iştirakçıların müasir texnologiyalarla tanışlığını təmin etmək, onların praktik biliklərini artırmaq, eləcə də yaradıcı və innovativ düşüncə tərzini təşviq etmək olub.

 

 

 

 

 

Chosen
32
tehsil.biz

1Sources