EN

Azərbaycanın təbii qaz idxal və ixrac etdiyi ölkələr – CƏDVƏL

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana iki ölkədən – Rusiyavə Türkmənistandan 33,9 milyon ABŞ dolları dəyərində 221,6 milyonkubmetr həcmində təbii qaz (qaz halında) idxal edilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilineyni dövründəki göstərici ilə müqayisədə ölkəyə təbii qazın idxaldəyəri 39,1 milyon ABŞ dolları və ya 2,1 dəfə, idxal həcmi isə232,7 min kubmetr və yaxud 2 dəfə azalıb.

Cari ilin ilk 7 ayında Azərbaycanın təbii qaz aldığı ölkələrinsiyahısı:

Ölkələr

Miqdarı (min kubmetr)

Məbləği (min ABŞ dolları)

Rusiya

21241,81

3929,73

Türkmənistan

200351,38

30052,71

Eyni zamanda 2025-ci ilin ilk yeddi ayında Azərbaycandan 6ölkəyə – Gürcüstan, Serbiya, Türkiyə, Bolqarıstan və İtaliyaya 5,3milyard ABŞ dolları dəyərində 14,4 milyard kubmetr həcmində təbiiqaz (qaz halında) ixrac edilib.

Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyərifadəsində 513,3 milyon ABŞ dolları və ya 10,8%, həcm baxımındanisə 564,3 milyon kubmetr və yaxud 4,1% çoxdur.

Cari ilin ilk 7 ayında Azərbaycanın təbii qaz satdığı ölkələrinsiyahısı:

Ölkələr

Miqdarı (min kubmetr)

Məbləği (min ABŞ dolları)

Gürcüstan

1434432,82

159560,88

Serbiya

180175,11

101115,77

Türkiyə

5791636,18

1594639,24

Bolqarıstan

1049216,81

392048,6

İtaliya

5433782,67

2743655,96

Yunanıstan

520451,44

278092,26

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda29,246 milyard kubmetr təbii qaz istehsal edilib. Bu göstərici ötənilin eyni dövrü ilə müqayisədə 211,1 milyon kub metr və ya 0,7%azdır.

Dövr ərzində təbii qaz hasilatının 22,5 milyard kub metriniəmtəəlik qaz təşkil edib ki, bu da bir il əvvəlki göstərici iləmüqayisədə 40,1 min kubmetr və ya 0,2% çoxdur.

Chosen
17
1
az.trend.az

2Sources