EN

20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir - Kamaləddin Qafarov

Bakı. Trend:

“Azərbaycan tarixində mühüm mərhələlərdən biri – Xankəndi,Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin dövlət suverenliyi altınatam qaytarılması – hər il rəsmi olaraq qeyd ediləcək. MöhtərəmPrezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığıSərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı,Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunur. Bu qərar təkcətarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın dövlətçilik vəərazi bütövlüyü naminə apardığı uğurlu siyasətin hüquqi və siyasisimvoludur.” Bu sözləri mətbuata verdiyi açıqlamasında MilliMəclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevinölkəyə rəhbərlik etməyə başladığı ilk gündən prioritet vəzifə kimiqarşısına qoyduğu əsas məqsəd torpaqlarımızın işğaldan azadedilməsi olub: “Azərbaycan uzun illər Ermənistanın işğalçı siyasətinəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi qədimtorpaqlarından məhrum olmuşdu. Lakin 2020-ci ildə Vətənmüharibəsində əldə olunan möhtəşəm Qələbə və 2023-cü ildə aparılandövlət suverenliyinin bərpası əməliyyatı nəticəsində bu ərazilərtamamilə nəzarətə götürüldü. Cənab Prezident İlham Əliyev bu barədədemişdir: “Azərbaycan xalqı uzun illər bu günü gözləyirdi vənəhayət, biz tarixi ədaləti bərpa etdik.” Prezident İlham Əliyevinhələ 2003-cü ildən əsas məqsədi işğal altındakı torpaqların azadedilməsi və orada Azərbaycan Bayrağının ucaldılması olmuşdur. Buhədəf bir dövlət strategiyası kimi reallaşdırıldı. 20 il ərzindəgüclü ordu quruculuğu, diplomatik mübarizə və milli həmrəyliknəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. CənabPrezidentin qeyd etdiyi kimi, Azərbaycan öz torpaqlarını özü azadetdi və bu, dünya tarixində nadir hadisələrdən biridir.”

Kamaləddin Qafarov Xankəndi şəhərində 2023-cü ildə keçirilmişhərbi paradın siyasi-mənəvi əhəmiyyətindən bəhs edib: “2023-cü ilnoyabrın 8-də Xankəndidə keçirilən hərbi parad Azərbaycanınmöhtəşəm Zəfərinin rəmzi oldu. Vətən müharibəsində qazanılanQələbənin üçüncü ildönümünə həsr olunmuş bu parad cənab Prezidentİlham Əliyevin rəhbərliyi ilə baş tutdu. Bu, Azərbaycanın müasirtarixində bir dönüş nöqtəsi idi – həmin torpaqlarda artıqAzərbaycan əsgəri dayanır, üçrəngli Bayrağımız dalğalanırdı.Dövlətimizin başçısı bu paradda çıxışı zamanı xüsusi vurğuladı:“Biz yalnız öz gücümüzə arxalanaraq Zəfərə nail olduq. ArtıqXankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanındır.” Bu günAzərbaycan öz şanlı tarixinin yeni mərhələsinə qədəm qoyur.Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq sadəcə coğrafi bölgələrdeyil, həm də milli iradənin, dövlətimizin gücünün və tarixiədalətin təcəssümüdür. 20 Sentyabr tarixinin bu şəhərlərlə qoşadayanması isə gələcək nəsillər üçün bir yaddaş günüdür – Azadlıq,Suverenlik və Milli qürur Günü!”

Chosen
30
15
az.trend.az

10Sources