EN

Qazaxıstandan Azərbaycana birbaşa xarici investisiyalar 6 dəfə artıb

Cari ilin ilk yarısında Qazaxıstandan Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 12,8 milyon ABŞ dolları təşkil edib.

Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 milyon dollar və ya 6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi içərisində Qazaxıstan investisiyalarının payı 0,4 faiz olub.

Öz növbəsində, 2025-ci ilin ilk 6 ayında Azərbaycan Qazaxıstan iqtisadiyyatına 6,5 milyon ABŞ dolları həcmində sərmayə yönəldib, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 960 min dollar və ya 12,8 faiz azdır. Azərbaycan investisiyalarının Qazaxıstana olan birbaşa xarici investisiyaların ümumi həcmində payı 0,5 faiz təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin ilk yarısında Qazaxıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 2,11 milyon ABŞ dolları, Azərbaycandan həmin ölkəyə yatırılan investisiyalar isə 7,504 milyon ABŞ dolları olub.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi 3,222 milyard ABŞ dollarını ötüb, ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 244,3 milyon ABŞ dolları və ya 8,2 faiz artım deməkdir.

Fuad Mədətov
Finss.az

Chosen
17
2
fins.az

3Sources