EN

Naxçıvan Muxtar Respublikasının enerji sistemi yenidən qurulur

"AzərEnerji" ASC Naxçıvan Muxtar Respublikasının enerji sistemini yenidən qurur. Metbuat.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb. Bildirilib ki, hazırda regionun elektrik enerjisi təminatında əsas rol oynayan istismar müddətini keçmiş bir neçə yarımstansiya sökülərək yenidən tikilir.154/110/10 kilovoltluq "Babək", 110/35/10 kilovoltluq "Çeşməbasar" və 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyaları sökülərək tam yenidən tikilir. Həmçinin, Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də müasir texniki infrastrukturlar yaradılır.Yeni enerji obyektləri tikilərək istifadəyə verildikdən sonra regionda elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı əhəmiyyətli dərəcədə artacaq, eyni zamanda Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və davamlı inkişafına töhfə verəcək.Bununla yanaşı, "AzərEnerji" Naxçıvan ötürücü elektrik şəbəkəsinin modernləşdirilməsi istiqamətində də ciddi işlər aparır. Muxtar Respublikada ötən əsrin 50-ci illərinin sonundan istismarda olan hava elektrik verilişi xətləri sökülərək yenidən qurulur. İlkin mərhələdə 110kilovoltluq "Culfa", "Ordubad-1" və "Ordubad-2" yüksək gərginlikli ötürmə xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir.

Naxçıvan Muxtar Respublikasında 3 istiqamətdə çəkilən ötürmə xətlərində və 3 yerdə tikilən yarımstansiyalarda, o cümlədən Regional Rəqəmsal İdarəetmə Mərkəzində aparılan işlərin gələn il ərzində yekunlaşdırılması planlaşdırılır.

Chosen
27
17
metbuat.az

10Sources