Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunub və ölkə tam suveren şəkildə öz ərazisində idarəetməni təmin edir. Bu baxımdan, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əsas mesajı, Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs çox dərin siyasi və hüquqi məna daşıyır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Milli Məclisin “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr etdiyi konfransda bildirib.
Komitə sədri qeyd edib ki, konstitusiyamızın qəbul olunmasının 30 ili, ərazi bütövlüyümüzün bərpa edilməsinin və qələbəmizin 5 ili tamam olur, bu baxımdan Konstitusiyanın və suverenlik prinsipinin faktiki reallaşmasının mühüm mərhələsidir: “Milli təhlükəsizliyin təmin olunması hər bir dövlətin daxili və xarici siyasətinin prioritet istiqaməti hesab olunur. Dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, milli maraqlarının daxili və xarici təhdidlərdən qorunması Azərbaycanın milli təhlükəsizliyinin əsasını təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil daxili və xarici siyasətinin əsasını suverenlik, ərazi bütövlüyü, onun qorunması və hər bir Azərbaycan vətəndaşının rifahı durur. Bundan çıxış edərək əsas məqsədlərdən biri hüquqi dövlətin prinsiplərinin dərinləşdirilməsi və informasiya suverenliyinin təmin olunmasıdır. Təbii ki, vətəndaşların hüquqlarının qorunması, milli təhlükəsizliklə bağlı informasiya resurslarının müdafiəsi və texnoloji infrastrukturun hüquqi cəhətdən təmin olunması mühüm hədəflərdəndir. Dövlət olaraq biz informasiya məkanında müstəqil, şəffaf və təhlükəsiz mühitin qurulmasına yönəlik fəaliyyətimizi davam etdirəcəyik.
Heydər Əliyevin müəyyən etdiyi təhlükəsizlik konsepsiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zamanın tələblərinə uyğun olaraq inkişaf etdirilir, Ulu Öndərin ordu quruculuğu sahəsində milli təhlükəsizlik sistemində qoyduğu ənənələri layiqincə davam etdirir. Azərbaycan xalqı qalib xalq kimi öz sözünü deyir. Heydər Əliyevin təhlükəsizlik siyasəti təkcə bir dövrün deyil, bütöv bir dövlətçilik fəlsəfəsinin təcəssümüdür. Bu siyasət bu gün də Azərbaycanın gələcəyinə xidmət edir və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hər bir fəaliyyətdə örnək olmalıdır…”
Nuranə Daxilqızı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.