EN

Mourinyo "Benfika"nın "Qarabağ"a məğlubiyyətini şərh etdi

Portuqaliyanın “Benfika” klubunun yeni baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının ilk turunda Lissabonda "Qarabağ"a 3:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, təcrübəli məşqçi Azərbaycan çempionuna məğlubiyyət haqda bunları deyib:

"Həmişə qazanmaq istəyirik. Amma iki gün əvvəl "Qarabağ"a uduzduğumuz kimi uduza bilmərik. Bu, "Benfika" deyildi. "Benfika" 30 dəqiqə "Fənərbaxça" ilə görüşdə bir nəfər azlıqda oynayan və sonda müsbət nəticə əldə edən komandadır. Məhz bu, özümü tanıyandan bu yana gördüyüm “Benfika”dır".

Qeyd edək ki, "Qarabağ"la görüşdən sonra "Benfika"nın keçmiş baş məşqçisi Bruno Laje istefaya göndərilmişdi. Onu bu postda Joze Mourinyo əvəz edib.

saytlarin hazirlanmasi

Chosen
14
1
sportal.az

3Sources