EN

Separatizmə son ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmən qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin atdığı addımların məntiqi nəticəsi, Azərbaycan diplomatiyasının və ordusunun uğuru idi. Məsələ burasındadır ki, 2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyimiz tam təmin olundu, tarixi torpaqlarımız olan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları separatçılardan tamamilə təmizləndi. Bununla da Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ərazisində separatizmə son qoyuldu.

Separatçı rejimin ləğvi, ilk növbədə, gündəlikdəki sülh müqaviləsi prosesinə təkan verdi. Çünki indiyədək məhz Qarabağdakı separatçılar Ermənistanla Azərbaycan arasında qarşılıqlı etimad mühitinin yaranmasının qarşısını alırdı.

Lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu.

Şamo Qasımov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
sesqazeti.az

1Sources