EN

AMEA prezidenti: Üzeyir Hacıbəylinin yubileyinin UNESCO da keçirilməsi onun irsinin bəşəri əhəmiyyətini göstərir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Üzeyir Hacıbəylinin əsərləri Azərbaycan sərhədlərini aşaraq, dünya ölkələrinin səhnələrində uğurla nümayiş olunub və xalqlar arasında mədəni körpüyə çevrilib. O, yalnız bəstəkar deyil, həm də görkəmli alim, maarifçi, pedaqoq və ictimai xadim idi. Onun təşəbbüsü ilə əsası qoyulan Azərbaycan Dövlət Konservatoriyası – Bakı Musiqi Akademiyası bir çox musiqiçi yetişdirib. O, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının ilk təsisçilərindən biri olub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə UNESCO-nun mənzil-qərargahında keçirilən tədbirdə söyləyib.

Qeyd edilib ki, UNESCO kimi beynəlxalq mədəniyyət platformasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi onun irsinin yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyət daşıdığını sübut edir.

Akademik İsa Həbibbəyli Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayevə akademik Zemfira Səfərovanın bu yaxınlarda AMEA-nın “Elm” nəşriyyatında ingilis dilində nəşr olunmuş “Üzeyir Hacıbəyli: həyat və yaradıcılıq karyerası” kitabını hədiyyə edib.

Tədbir konsert proqramı ilə müşayiət olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
3
azertag.az

8Sources