EN

Mis konsentratının hasilatında ciddi artım qeydə alınıb

Bu ilin yanvar-avqust aylarında ölkənin mədənçıxarma sənayesində 2 270,6 ton mis konsentratı hasil edilib ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 20,3 dəfə və ya 2 158,6 ton çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin iyul ayı ilə müqayisədə isə avqustda hasilatın həcmində 14,4 faiz və ya 72,6 ton artım müşahidə olunub. Avqust ayında 577,2 ton mis konsentratı hasil edilib.

Sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 179,5 ton təşkil edib.

Chosen
52
vergiler.az

1Sources