EN

18 yaşlı gənc Kəlbəcər sakinini bıçaqladı

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Gəncədə 20 yaşlı gənc bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə baş verib. Belə ki, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü N.Sarıyev bıçaq xəsarəti ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Dərhal 20 yaşlı gənc əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, 2005-ci il təvəllüdlü N.Sarıyevi aralarında baş verən şəxsi münaqişə zamanı Zəngilan rayon sakini 2007-ci il təvəllüdlü R.Mədətov bıçaqlayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Fatkla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
2
unikal.az

4Sources