EN

804 magistr ödənişsiz təhsil alacaq


Magistratura səviyyəsi üzrə dövlət sifarişli yerlərə qəbul olunmaq üçün əlavə müsabiqə keçirilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 804 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün artıq ali təhsil müəssisələrindədir. Bundan əlavə, həmin tələbələrin "Şəxsi kabinet" lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilib.

Mətləb

Chosen
44
38
baki-xeber.com

10Sources