EN

Sosial Tədqiqatlar Mərkəzi sosioloji sorğu keçirib 1200 nəfər arasında

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial Tədqiqatlar Mərkəzi sentyabrın 12-16-da Azərbaycan cəmiyyətində suverenlik anlayışı ilə bağlı sosioloji sorğu keçirib.

Mia.az xəbər verir ki, sorğuda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib.

Nəticələrə görə, sorğu iştirakçılarının 77.4%-i dövlət suverenliyinin bərpasından əvvəl Azərbaycanın xarici siyasətində diqqətin daha çox işğal amilinə yönəlməsi səbəbindən qlobal və regional siyasi təşəbbüslərdə iştirak imkanının nisbətən məhdud olduğunu düşünür. Hazırda, yəni dövlət suverenliyinin tam bərpa olunduğu dövrə münasibətdə respondentlərin 96.0%-i Azərbaycan beynəlxalq münasibətlərdə daha geniş imkanlarla çıxış etdiyini bildirir.

Ölkə ictimaiyyətinin 91.2%-i dövlət suverenliyinin tam bərpa olunduğu hazırkı mərhələdə Zəngəzur yolunun reallaşdığını, 82.5%-i Qarabağ və Şərqi Zəngəzurda yenidən məskunlaşmanın ölkə əhalisinin proporsional bölgüsünü təmin etdiyini, 82.7%-i vətəndaşların hüquq və azadlıqlarının genişlənməsi imkanı yarandığını vurğulayıb.

Beləliklə, keçirilən sosioloji sorğu 44 günlük Vətən müharibəsinin nəticələrinin və dövlət suverenliyinin tam bərpasının ictimai rəydə təkcə ərazilərin işğaldan azad olunması kimi deyil, beynəlxalq nüfuzun və imkanların güclənməsi, qalib milli kimlik və strateji təşəbbüslərdə aparıcı mövqeyin qazanılması kimi geniş perspektivdə qəbul olunduğunu göstərir. Cəmiyyətin mütləq əksəriyyəti suverenliyin tam bərpa olunduğu hazırkı dövrü həm tarixi qələbə, həm də gələcəyə açılan yeni imkanlar mərhələsi kimi dəyərləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
5
mia.az

6Sources